BAKI, 2 mart. TELEQRAF
Almaniya hökuməti İrana qarşı planlaşdırılan hərbi əməliyyatlarda iştirak edəcəyi barədə yayılan məlumatları qəti şəkildə rədd edib.
Teleqraf xəbər verir ki, Almaniya xarici işlər naziri İohann Vadepul ölkəsinin bu cür planlarda yer almadığını və hərbi müdaxilə üçün resurslarının olmadığını bəyan edib.
"Almaniya nəinki bu prosesdə iştirak etməyi planlaşdırmır, həm də belə bir genişmiqyaslı əməliyyatı dəstəkləmək üçün lazımi hərbi resurslara malik deyil",- o qeyd edib.
***
12:32
Almaniya rəhbərliyi İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "GLZ Radio" Almaniya tərəfindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, rəsmi Berlin hazırda ABŞ ilə birlikdə hərbi planlaşdırma mərhələsindədir.
"Almaniya bu münaqişəyə iki formada cəlb oluna bilər, birbaşa bombardmanlarda iştirak etmək və ya müttəfiqlərə genişmiqyaslı hərbi dəstək vermək",- məlumatda qeyd edilib.