BAKI, 16 yanvar. TELEQRAF

Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, enerji xərcləri üçün Almaniyadan 60 milyon avro alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.

Bəyanatda deyilir: "Dostum və həmkarım nazir Yohann Vadeful tərəfindən bu gün elan edilən Ukraynaya qış və enerji dəstəyi üçün əlavə 60 milyon avroluq paketi yüksək qiymətləndirirəm".

Daha əvvəl Ukraynanın enerji sistemində fövqəladə vəziyyət elan edilib. Ölkənin Energetika Nazirliyi zərər görməmiş elektrik stansiyalarının olmadığını bildirib. Kiyevdə elektrik kəsintisi dörd gündür davam edir.