BAKI, 14 may. TELEQRAF

“Açıq Bankçılıq” ekosistemində həm vətəndaşlar, həm də ticarətçilər üçün xərclərin azaldılmasını hədəfləyirik.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Açıq Bankçılıq” ekosistemi üzrə mütəxəssisi Elmar Didəkanan deyib.

O qeyd edib ki, “Açıq Bankçılıq” ekosistemində köçürmə əməliyyatlarına növbəti strateji dövrdə başlanacaq:

“Vətəndaşlar üçün köçürmələr Ani Ödənişlər Sistemi üzərindən olacaq. Ödənişlər kart yox, sırf hesab üzərindən aparılacaq. Hüquqi şəxslərin sistemə inteqrasiyası növbəti dövrdə başlayacaq. “Açıq Bankçılıq”da ödənişlər yalnız hesablar arasında olacaq ki, xərclər daha az olsun”.