BAKI, 14 may. TELEQRAF
Ermənistan Rusiya ilə sağlam və tərəfdaşlıq ruhunda münasibətlər qurmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib.
Nazir qeyd edib ki, Moskva ilə əlaqələrin inkişafı digər istiqamətlərin məhdudlaşdırılması anlamına gəlmir:
"Bu, o demək deyil ki, bizim xarici siyasətimiz yalnız bu istiqamətdə cəmləşəcək. Ermənistan öz iqtisadi əlaqələrini siyasi müstəvidə diversifikasiya etmək istəyir".