BAKI, 14 may. TELEQRAF
Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, prezidentlər bundan əvvəl Qazaxıstan-Türkiyə Strateji Əməkdaşlıq Komissiyasının altıncı iclasına sədrlik ediblər.