BAKI, 14 may. TELEQRAF

NATO Ankarada keçiriləcək sammitə dörd Körfəz ölkəsinin nümayəndələrini dəvət etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Danışıqların əsas mövzuları İranla müharibə və transatlantik məkanında fikir ayrılıqları ilə bağlı olacaq.

NATO sammitinə dəvət olunacaq ərəb ölkələri bunlardır; Bəhreyn, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri.

Görüş İran müharibəsi ilə bağlı artan transatlantik gərginlik fonunda keçirilir. Daha əvvəl Prezident Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazının açılmasına kömək etmədiklərinə görə tənqid etmiş və daha sonra Almaniyadan təxminən 5000 əsgərin çıxarıldığını elan etmişdi.