BAKI, 14 may. TELEQRAF

Azərbaycan çempionu “Sabah” müdafiəçi Timoteuş Puxaçın transferini reallaşdırıb.

Teleqraf xəbər verir ki, Masazır klubu futbolçunun transfer hüquqları ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.

“Sabah” 27 yaşlı polşalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Puxaç ötən ilin sentyabr ayından “Sabah”ın heyətində çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 33 oyuna çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.