BAKI, 14 may. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu nüvə çəkindirmə vasitələrinin hamısının tədricən zəiflədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Bişkekdə keçirilən iclasından sonra jurnalistlərə danışıb.

“Amma mən düşünürəm ki, bütün alətlərin, ilk növbədə, nüvə çəkindirmə vasitələrinin deqradasiyası gedir”, - o qeyd edib.