BAKI, 14 may. TELEQRAF
Vaşinqton İrana qarşı həm diplomatik, həm də hərbi tədbirləri nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti J.D. Vens jurnalistlərə açıqlamasında bildirib.
Vens İran ilə danışıqların gedişatını şərh edərkən qeyd edib: "Prezidentlə razıyam ki, İran nüvə silahı əldə etməməlidir. Əlbəttə ki, bunun baş verməməsi üçün çox aqressiv diplomatik proseslə məşğuluq. Prezidentin bir çox variantı var. O, dəfələrlə diplomatik variantların və hərbi variantların olduğunu deyib".