BAKI, 14 may. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya yeni hərbi yardım paketinin müzakirəyə çıxarılması gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, Demokratlar Partiyasının üzvü, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksəkvəzifəli nümayəndəsi Qreqori Miks tərəfindən təqdim olunan qanun layihəsi artıq 218 konqresmenin dəstəyini qazanıb. Bu isə sənədin iyun ayında səsverməyə çıxarılmasına imkan yarada bilər.

Qanun layihəsində Ukraynaya 1,3 milyard dollar həcmində hərbi yardım ayrılması və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur.

“Axios” portalının məlumatına görə, sənəd Nümayəndələr Palatasında qəbul edilsə belə, onun Senat və Ağ Ev tərəfindən təsdiqlənməsi ehtimalı zəif hesab olunur.