BAKI, 14 may. TELEQRAF
Avropa Parlamentinin Gürcüstanın “Imedi” telekanalını akkreditasiyadan məhrum etmək qərarı ölkədəki azad media vasitələrini susdurmaq cəhdidir.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Spiker qeyd edib ki, Brüssel müxtəlif yollarla Gürcüstanın media məkanına təzyiq göstərir:
"Avropa Parlamenti müxtəlif üsullarla Gürcüstanda azad medianı qapatmağa çalışır. Fakt budur ki, bu gün Brüsselin qorxduğu əsas məqam həqiqətdir. Bu, Böyük Britaniyanın qəbul etdiyi düşmənçilik qərarının davamıdır və məqsəd azad medianı məhv etməkdir”.