BAKI, 14 may. TELEQRAF

Mərkəzi Bank Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyalarını ləğv edib.

Teleqraf tənzimləyiciyə istinadən xəbər verir ki, "Azvvallet" Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-019 nömrəli, "Greentek Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə 18 sentyabr 2024-cü il tarixli EPT-013 nömrəli, "Guavapay" Məhdud Məsuliyyətli Cəmiyyətinə 09 aprel 2025-ci il tarixli EPT-018 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar ləğv edilib.

Sözügedən təşkilatlar barədə qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən verilib.