BAKI, 14 may. TELEQRAF

Latviya Baş naziri Evika Silinya istefa verdiyini açıqlayıb

Teleqraf xəbər verir ki, bu barədə o, xüsusi olaraq çağırılmış mətbuat konfransında bildirib.

Məlumata görə, Baş nazirin parlamentdə açıqlama verməsi gözlənilsə də, bunun əvəzinə kabinetində mətbuat konfransı keçirib.

Latviyada siyasi böhranı mayın 7-də bir neçə dron ölkənin hava məkanını pozduqdan sonra müdafiə naziri Andris Sprudsun istefası ilə başlayıb. Dronlardan biri Rezeknedəki neft anbarına düşüb. Müdafiə nazirinin istefası Evika Silinyanı dəstəkləyən siyasi tərəfdaşların Baş nazirin artıq onların etimadını doğrultmadığını bəyan etməsinə səbəb olub.