BAKI, 11 yanvar. TELEQRAF
İstanbul-İzmir avtomagistralında 12 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf "TRTHaber"ə istinadən xəbər verir ki, qəza avtomagistralın İstanbul istiqamətində Soğucak-Kuyualan arasında qeydə alınıb.
Hadisə yerinə çoxsaylı təcili yardım, yanğınsöndürən və jandarma briqadaları göndərilib.
Qəza nəticəsində 1 nəfər ölüb, 10 nəfərin isə yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.
Bölgədə yağıntı səbəbindən yol hərəkəti nəzarət altında davam etdirilir.