İrana qarşı müharibə uzanarsa, ABŞ hazırkı hərbi xərcləri 1 trilyon arta bilər.
Teleqraf xəbər verir ki, bu barədə "The Intercept" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, təkcə əməliyyatın ilk iki həftəsində büdcə xərcləri artıq 12 milyard dollara çatıb. Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett təsdiqləyib ki,"ABŞ İsraillə birlikdə İrana zərbələr endirməyə başlayandan bəri təxminən 12 milyard dollar xərcləyib.
Bildirilir ki, əməliyyat uzunmüddətli mərhələyə qədəm qoyarsa, təkcə intensiv raket zərbələri deyil, həm də potensial yerüstü müdaxilə baş verərsə, xərclər trilyon dollar civarında ola bilər.
Analitiklər vurğulayırlar ki, əgər hücumların hazırkı intensivliyi davam edərsə və bahalı raket ehtiyatlarının doldurulması lazım gələrsə, son xərc İraq və ya Əfqanıstandakı kampaniyanın çoxillik xərcləri ilə müqayisə edilə bilər.