BAKI, 18 mart. TELEQRAF
Rusiya Pakistan və Əfqanıstan arasında münasibətlərin gərginləşməsindən narahatdır və tərəflərin müraciəti olacağı halda vasitəçi kimi çıxış etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
“Biz silahlı toqquşmaların dayandırılmasına və diplomatik prosesə keçidə imkan verəcək kompromis həll yolu tapmağa çalışırıq. Əgər hər iki tərəf eyni vaxtda vasitəçilik üçün müraciət edərsə, Rusiya bu imkanı nəzərdən keçirməyə hazır olacaq”, - deyə o bildirib.
Kabulov əlavə edib ki, hələlik belə bir müraciət daxil olmayıb.