BAKI, 18 mart. TELEQRAF

“İran ABŞ hərbi bazalarına zərbə endirməklə kifayətlənməyib, onun Yaxın Şərqdəki bütün infrastrukturuna da hücum edib”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Yalnız onların rəsmi hərbi bazaları ilə kifayətlənmədik. Amerikalıların cəmləşdiyi bütün obyektlər, onlara məxsus qurğuların yerləşdiyi bütün ərazilər - hamısı hədəfə çevrildi”, - o bildirib.