BAKI, 18 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun mərkəzinə endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı daha 7 nəfər yaralanıb.