BAKI, 18 mart. TELEQRAF

İraqın hava hücumundan müdafiə sistemləri Bağdadda ABŞ səfirliyinə hücum edən pilotsuz uçuş aparatını zərərsizləşdirə bilməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Shafaq News" portalı məlumat yayıb. Bildirilib ki, yerli təhlükəsizlik qüvvələrindəki mənbənin sözlərinə görə, pilotsuz aparat səfirliyin ərazisinə zərbə endirib.

Məlumata görə, diplomatik nümayəndəliyə dəyən zərərin həcmi hələlik açıqlanmayıb.