BAKI, 18 mart. TELEQRAF
“İranın siyasi sistemi sabitdir və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü onun sabitliyinə təsir göstərməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“İran İslam Respublikasının güclü və sabit siyasi sistemi, siyasi, iqtisadi və sosial institutları mövcuddur. Tək bir fərdin varlığı və ya yoxluğu bu strukturu sarsıda bilməz”, - o vurğulayıb.
Əraqçi vurğulayıb ki, sistemdə ali rəhbərdən (Müctəba Xamenei) daha vacib fiqur yoxdur, onun (Əli Xamenei) ölümündən sonra belə hər şey fəaliyyətini davam etdirir.