BAKI, 18 mart. TELEQRAF
Gürcüstanın Katolikos-Patriarxı II İliyanın cənazəsi dəfn öncəsi xüsusi dini mərasimin icrası üçün xəstəxanadan patriarxiyaya gətirilib.
Teleqraf xəbər verir ki, bu barədə arxidyakon Dmitri Davitaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda patriarxın cənazəsi üzərində müvafiq dini mərasim həyata keçirilir. Daha sonra cənazə Tbilisidə yerləşən Müqəddəs Üçlük kafedral kilsəsinə aparılacaq.
“Bu, ya yaxın iki saat ərzində, ya da sabah səhər baş verəcək”, – deyə o qeyd edib.
Bundan əvvəl patriarxiyanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Andria Caqmaidze də Katolikos-Patriarxın cənazəsinin Tbilisidəki Müqəddəs Üçlük kafedralına yerləşdiriləcəyini açıqlamışdı.
Qeyd edək ki, Gürcüstan pravoslav kilsəsinə uzun illər rəhbərlik etmiş II İliya yaxın günlərdə vəfat edib.