BAKI, 18 mart. TELEQRAF
“İrandakı münaqişə Ukraynadakı müharibəyə təsiri ilə bağlı çox pis proqnozlar yaradır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı təəssüflə qeyd edib ki, ABŞ-nin diqqəti Ukraynadan daha çox İrana yönəlib, buna görə də sülh danışıqları davamlı olaraq təxirə salınır: “Səbəb birdir - İrandakı müharibə”.
Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana fokuslanıb, amma dialoq qrupları bir-biri ilə təmasdadır:
“Qrupumuz hər gün Amerika tərəfi ilə danışır. Amerikalılar da hər gün ruslarla danışır”.