BAKI, 18 mart. TELEQRAF

İran hakimiyyəti ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldüyünü təsdiqləyib.

Teleqraf xəbər verir ki, siyasətçi ABŞ və İsrailin İrana endirdiyi zərbə nəticəsində həyatını itirib.

“Əli Laricani şəhid olub”, - deyə onun rəsmi "Telegram" kanalında yayılan bəyanatda bildirilir.

Qeyd edək ki, Əli Laricani İranın yüksək vəzifəli dövlət rəsmilərindən biri olub və uzun illər ölkənin siyasi həyatında mühüm rol oynayıb.