BAKI, 18 mart. TELEQRAF
Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda Braziliyada klubunu dəyişib.
Teleqraf xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi D Seriyası təmsilçisi "Pirasikaba" ilə oktyabrın ortalarınadək müddəti olan müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almeyda son olaraq Braziliyanın digər komandası "Primavera"da çıxış edib.
Qeyd edək ki, Riçard Almeyda uzun illər "Qarabağ"ın şərəfini qoruyub. Əslən braziliyalı olan oyunçu 2017-2023-cü illərdə Azərbaycan yığmasının üzvü olub.