BAKI, 18 mart. TELEQRAF

İngiltərənin "Mançester Siti" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu Madrid təmsilçisinin qələbəsi ilə başa çatıb.

Teleqraf xəbər verir ki, səfərdə 2:1 hesablı qələbə qazanan "kral klubu"nun baş məşqçisi Alvaro Arbeloa tarixi nailiyyətə imza atıb.

"Opta" statistika portalının yaydığı məlumata görə, ispan mütəxəssis Avropanın nüfuzlu klub turnirinin pley-off mərhələsində keçirdiyi ilk 4 qarşılaşmanın hamısında qələbə qazanan ilk "Real" məşqçisi olub.

Qeyd edək ki, "Real Madrid" 1/4 final mərhələsində "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.