BAKI, 17 mart. TELEQRAF

İranın Buşehr Atom Elektrik Stansiyasına raket zərbəsi endirilib.

Teleqraf "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi Təşkilatı (AEB) məlumat yayıb.

Hücumun heç bir texniki və ya insan itkisinə səbəb olmadığı, elektrik stansiyasının heç bir hissəsinə zərər dəymədiyi bildirilir.

Agentlik qeyd edir ki, bu cür hərəkətlər nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığına dair bütün beynəlxalq normalara ziddir. Belə hücumlar Fars körfəzi ilə həmsərhəd olan ölkələr də daxil olmaqla, bütün region üçün ağır nəticələrə səbəb ola bilər.