BAKI, 18 mart. TELEQRAF
“NATO-nun aqressiyası Rusiyaya qarşı yönəlib və bu fonda alyansın genişlənmə cəhdləri artır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Onun aqressiyasının hara yönəldiyi bəllidir, ilk növbədə Rusiyaya qarşı. Son illərdə bu cəhdlərin genişləndiyini müşahidə edirik. Bu, təkcə Qərb cinahından Rusiyaya qarşı yox, həm də onun “yumşaq qarın” hissəsinə yönəlib. İndi isə artıq müəyyən mənada əhatələyici xarakter alır, söhbət bütün cənub istiqaməti və Uzaq Şərqdən gedir. NATO-nun təsir dairəsini necə genişləndirməyə çalışdığını nəzərə alsaq, demək olar ki, bunu qlobal şəkildə yaymağa çalışırlar. Asiya-Sakit okean regionunda da möhkəmlənmək istəyirlər. İndi isə artıq Şimala doğru da irəliləyirlər. Hazırda bu, daha çox aqressiv ritorika şəklindədir, amma orada da özlərini göstərməyə hazırdırlar”, - o bildirib.