BAKI, 18 mart. TELEQRAF
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın müxtəlif bölgələrində “Hizbullah” təşkilatının raket qurğularına və silahlı üzvlərinə zərbələr endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar İsrail ərazisinin raket atəşindən qorunması və “Hizbullah”ın zəiflədilməsi məqsədilə həyata keçirilib.
“Son bir saat ərzində İsrail Müdafiə Ordusu Livan ərazisi boyunca “Hizbullah”ın raket qurğularına və silahlı üzvlərinə zərbələr endirib. Zərbələr raket buraxılışından əvvəl və ya dərhal sonra həyata keçirilir”, – deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, “Şir nəriltisi” əməliyyatı çərçivəsində (28 fevraldan etibarən) İsrail ordusu Livan üzrə “Hizbullah”a məxsus yüzlərlə raket qurğusunu hədəfə alıb.