BAKI, 18 mart. TELEQRAF
İran xarici işlər naziri Abbas Əraqçi yeni Ali rəhbər Müctəba Xameneinin tam sağlam olduğunu və yüngül xəsarətlər aldığını iddia edib.
Teleqraf xəbər verir ki, bu barədə o, “Al Jazeera” telekanalına müsahibəsində danışıb.
“Bildiyimə görə, yalnız yüngül xəsarətləri olub, hələ də tam sağlamdır, vəziyyəti nəzarət altında saxlayır. Mənim malik olduğum və etibarlı hesab etdiyim məlumata əsasən, tam sağlamdır”, - o qeyd edib.
Xatırladaq ki, bundan öncə Müctəba Xameneinin İsrailin hava hücumu zamanı ağır yaralandığı, bir ayağının amputasiya edildiyi və süni tənəffüs aparatına qoşulduğu barədə məlumat yayılıb. İranın yeni ali rəhbərinin Rusiyada müalicə aldığı iddia edilir.