BAKI, 18 mart. TELEQRAF
PSJ-nin vingeri Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 1/8 final mərhələsində “Çelsi” ilə cavab oyununda fərqlənərək tarixə düşüb.
Teleqraf xəbər verir ki, gürcü futbolçu matçın 5-ci dəqiqə 41-ci saniyəsində vurduğu qolla (3:0) turnirin rekorduna imza atıb.
Bu, “Çelsi”nin Çempionlar Liqasının pley-off mərhələsində evdə buraxdığı ən erkən qol kimi qeydə alınıb.
Qeyd edək ki, Kvaratsxeliya 2025-ci ilin yanvarında PSJ-yə transfer olunub. 25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.Transfermarkt portalına görə, onun bazar dəyəri 90 milyon avro təşkil edir.