BAKI, 18 mart. TELEQRAF
"Milli standartlaşdırma sistemi beynəlxalq standartlara uyğunlaşdırılır".
Teleqraf xəbər verir ki, bu sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov “AZS ISO 20121:2026 – Tədbir davamlılığının idarəetmə sistemləri” üzrə dövlət standartının təqdimatında deyib.
O vurğulayıb ki, standartlaşdırma sistemi dövlətin və iqtisadiyyatın inkişafında mühüm rol oynayır və bundan sonra da oynayacaq:
“Dünya iqtisadiyyatının qloballaşması ilə ölkələr arasında əlaqələr güclənir. Bu baxımdan beynəlxalq standartların qəbulu zəruridir. Milli standartlaşdırma sistemi beynəlxalq standartlara uyğunlaşdırılır.
İqtisadiyyatın bütün sahələrində rəqabətqabiliyyətli məhsulların hazırlanması məqsədilə milli standartlaşdırma proqramı təsdiq edilib. Bu standart tədbirlərin təşkili və idarə olunmasına xidmət etməklə yanaşı, davamlı idarəetmə sistemlərinin tətbiqinə də imkan yaradır.”