BAKI, 18 mart. TELEQRAF
ABŞ-nin “USS Cerald R. Ford” aviadaşıyıcısı göyərtədə baş vermiş yanğın səbəbindən Yunanıstanın Krit adasındakı Suda hərbi-dəniz bazasına qayıdır.
Teleqraf xəbər verir ki, "Kathimerini" qəzeti bildirir ki, gəmi bazaya həm yanacaq doldurmaq, həm də baş vermiş hadisə ilə bağlı araşdırma aparmaq üçün daxil ola bilər.
Məlumata görə, geri qayıdışın dəqiq səbəbi açıqlanmır. Eyni zamanda, yanğının ekipaj üzvləri tərəfindən qəsdən törədilmiş ola biləcəyi ehtimalı da nəzərdən keçirilir. Bu versiyaya görə, məqsəd döyüş missiyasını dayandırmaq olub.
Qeyd edək ki, daha əvvəl aviadaşıyıcının heyəti yanğını söndürüb və onun tam aradan qaldırılması 30 saatdan artıq vaxt aparıb.
Xatırladaq ki, İran ordusu aviadaşıyıcı gəmiyə zərbə endirdiyini açıqlamışdı. ABŞ tərəfi isə xəbəri təkzib edir.