BAKI, 18 mart. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Ukraynanın Rusiyaya potensial ərazi güzəştlərini praktiki olaraq qəbul etməyə məcbur ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Avropa heç vaxt Ukrayna ərazilərinin Rusiyaya mümkün verilməsini hüquqi baxımdan və ya prinsip etibarilə Rusiyanın bir hissəsi kimi tanımayacaq. Praktikada isə (de-fakto) vəziyyət fərqli ola bilər”, - o qeyd edibş
Finlandiya Prezidentinin sözlərinə görə, dəyişən dünya nizamı fonunda Avropa İttifaqının həm xarici, həm də daxili siyasətdə daha çox çevikliyə ehtiyacı var.