BAKI, 18 mart. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrutun mərkəzində yerləşən Əl-Başura məhəlləsinə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" şahidlərə istinadən məlumat yayıb.
Məlumata görə, hücumdan sonra Beyrutun mərkəzi hissəsində güclü partlayış baş verib.
Bildirilib ki, zərbədən əvvəl İsrail ordusu məhəllə sakinlərini xəbərdar edərək həmin ərazidə yerləşən “Hizbullah”a məxsus obyektin hədəf alınacağını açıqlayıb.