BAKI, 18 mart. TELEQRAF
İsrail ordusu ölkə rəhbərliyinin razılığını almadan İranda yüksək vəzifəli məmurlara qarşı sui-qəsdlər həyata keçirə biləcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz orduya belə bir icazə veriblər.
"Orduya İsrailin siyasi rəhbərliyindən təsdiq gözləmədən, yerləri barədə etibarlı kəşfiyyat məlumatı aldıqları təqdirdə istənilən İran rəsmisini dərhal aradan qaldırmaq azadlığı verilib. Eyni direktiv Livandakı şiə Hizbullah hərəkatının liderlərinə və onun döyüş bölmələrinin komandirlərinə qarşı da keçərlidir" - məlumatda qeyd olunur.