LƏNKƏRAN, 17 mart. TELEQRAF

Lənkəranda İlaxır çərşənbə münasibətilə İlaxır çərşənbənin səhəri “Su üstünə getmək” ənənəsi bu il də kütləvi şəkildə qeyd olunub.

Teleqrafın Cənub bürosu xəbər verir ki, səhər saatlarından etibarən şəhər sakinləri Lənkərançayın sahilinə toplaşaraq qədim adətləri icra ediblər.

Sakinlər çaydan su götürərək evlərinə aparır, onunla təmizlənmə və uğur diləmə rituallarını həyata keçirirlər.

İnanca görə, bu adət insanları mənfi enerjidən, bəlalardan qoruyur və yeni ilə xoşbəxtlik, sağlamlıq gətirir.

Qeyd edək ki, bu ənənə Novruz bayramı ərəfəsində əsrlərdir bölgədə qorunub saxlanılır.