BAKI, 18 mart. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığında yerləşən raket mövqelərinə zərbələr endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, hücum zamanı yüksək dağıdıcı gücə malik, 5 min funt (təxminən 2,2 ton) çəkili sursatlardan istifadə olunub.
“Bir neçə saat əvvəl ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazı yaxınlığındakı sahil ərazilərində yerləşən möhkəmləndirilmiş raket obyektlərinə qarşı bir neçə yüksək nüfuzedici sursatdan uğurla istifadə edib”, - deyə açıqlamada qeyd olunub.
Amerika hərbçilərinin iddiasına görə, həmin bölgədə yerləşən İran raketləri beynəlxalq gəmiçiliyə təhlükə yaradırdı.