BAKI, 23 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela sahilləri yaxınlığında ələ keçirilən tanker və onlardakı neftin ABŞ-nin sərəncamında qalacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bildirib ki, sözügedən neft ya satışa çıxarıla, ya da ABŞ-nin strateji ehtiyatlarına yönəldilə bilər.
“Biz onu satacağıq? Ola bilsin. Bəlkə də strateji ehtiyatlarda istifadə edəcəyik. Biz onu özümüzdə saxlayacağıq. Gəmiləri də saxlayırıq”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, "Reuters" agentliyi ABŞ-nin Venesuelaya qarşı tətbiq etdiyi dəniz blokadası fonunda dünya bazarlarında neft qiymətlərinin artdığını yazmışdı.