BAKI, 23 iyun. TELEQRAF

BMT Təhlükəsizlik Şurası sülhməramlılarına qarşı törədilən cinayətlərə görə məsuliyyət haqqında qətnamə qəbul edib.

Teleqrafv xəbər verir ki, BMT-nin məlumatlarına görə, 1948-ci ildən bəri qəsdən törədilən hücumlarda 1095 sülhməramlı həlak olub. 2013-cü ildən bəri 359 sülhməramlı öldürülüb.

Danimarka və Pakistan tərəfindən hazırlanan qətnamədə BMT sülhməramlılarına edilən hücumlar pislənir, onların müharibə cinayətləri təşkil edə biləcəyi vurğulanır. Həmçinin ev sahibi dövlətlərdən araşdırmalar aparmağı və günahkarları məsuliyyətə cəlb etmək tələb olunur.

"Biz bu qətnaməni aşağıdakı səbəblərə görə dəstəklədik. Birincisi, bu, beynəlxalq ictimaiyyətə BMT-nin sülhməramlı iştirakının münaqişənin bütün iştirakçıları tərəfindən ciddi qəbul edilməli olduğuna, "mavi dəbilqəlilər"in həyatının toxunulmazlığına və günahkarların cəzalandırılacağına dair açıq bir siqnaldır. İkincisi, qətnamə ev sahibi ölkənin sülhməramlılara qarşı cinayətləri effektiv şəkildə araşdırmaq üçün öz potensialının qurulmasında lazımi yardım göstərmək hüququnu təsdiqləyir", - deyə açıqlamada bildirilib.