BAKI, 23 iyun. TELEQRAF
İsrail Livandakı məqsədlərinə çata bilməyib, təcavüzü uğursuz olub və qoşunlarını geri çəkməlidir.
Teleqraf xəbər verir ki, bu barədə şiə təşkilatı Hizbullahın baş katibi Şeyx Naim Qasim Əl-Manar tərəfdarlarına televiziya ilə müraciətində bildirib.
Siyasətçi qeyd edib ki, İsrailin havada, quruda və dənizdə bütün hərbi əməliyyatları dayandırmaqdan başqa çarəsi yoxdur. İsrailin yalnız bir seçimi var: qoşunlarını konkret vaxt qrafiki ilə geri çəkmək."
Hizbullah liderinin sözlərinə görə, İsrailin təxliyəsi Livan ordusuna cənub bölgələrinə yerləşməyə, köçkünlərin geri qayıtmasına və yenidənqurma işlərinə kömək etməyə imkan verəcək.