BAKI, 24 iyun. TELEQRAF

İsrail və Livan nümayəndələri arasında Vaşinqtonda keçirilən danışıqlarda əsas fikir ayrılığı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması mexanizmi ilə bağlıdır.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, mübahisənin əsas mövzusu İsrail hərbi qüvvələrinin ilkin mərhələdə bölgədən çıxarılması və bunun hansı mexanizmlə həyata keçiriləcəyidir.

Bildirilib ki, İsrail tərəfi "addım-addım" prinsipinə üstünlük verir. Təl-Əviv eyni zamanda Livan ordusundan ərazidə real addımlar atmasını və Hizbullah infrastrukturunu zərərsizləşdirə biləcəyinə dair sübutlar təqdim etməsini tələb edir.

Mənbə əlavə edib ki, Livan nümayəndə heyəti isə Vaşinqtondakı danışıqlarda ilk növbədə İsrail qoşunlarının ölkənin cənub bölgələrindən çıxarılmasını tələb edir.