BAKI, 24 iyun. TELEQRAF
Azərbaycan müstəqil qərarvermə qabiliyyəti, regional liderlik rolu və geosiyasi təsir imkanları ilə orta güc statusunu təsdiqləyən ölkələr sırasındadır.
Teleqraf xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda deyib.
F.Məmmədov bildirib ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Balkanlar coğrafiyasında orta güc kimi çıxış edən ölkələr arasında Azərbaycan və Qazaxıstan xüsusi yer tutur:
“Azərbaycanın mühüm üstünlüklərindən biri milli maraqlara zidd hallarda müstəqil mövqe sərgiləməsidir. Ölkəmiz bu gün Cənubi Qafqazın geosiyasi və geoiqtisadi gündəliyini formalaşdıran əsas dövlətlərdən biridir. Azərbaycanın müxtəlif geosiyasi məkanlarla eyni vaxtda əməkdaşlıq etməsi onun manevr imkanlarını genişləndirir və beynəlxalq mövqeyini gücləndirir”.