BAKI, 23 iyun. TELEQRAF

"Biz İsrailin işğalına son qoymaqdan və xarici qəyyumluğun aradan qaldırılmasından başqa bir şey qəbul etmirik. Yeganə seçimimiz milli suverenliyimiz və tək ümidimiz Livan dövlətidir".

Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun Vaşinqtonda İsrail ilə Livan arasında keçirilmiş danışıqların beşinci raundu haqqında danışarkən bildirib.

Aun ölkəsinin İsrailin cənub Livandakı mövcudluğunu və İran da daxil olmaqla hər hansı xarici müdaxiləni rədd etdiyini deyib: "Danışıqların yeni mərhələsi Livanın hər qarış torpağı üzərində suverenliyinin tam bərpasına yönəlib".