BAKI, 24 iyun. TELEQRAF
NATO-nun baş katibi Mark Rütte bildirib ki, iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində alyansın 32 üzvü ilə yanaşı, daha 10 ölkə də iştirak edəcək.
Teleqraf xəbər verir ki, Rütte "Fox News" telekanalına müsahibəsində deyib ki, bununla ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi 42 ölkədən ibarət koalisiya formalaşacaq.
Onun sözlərinə görə, bu koalisiya Çin, Şimali Koreya, İran və Rusiya ilə qarşı-qarşıya dayanır və həmin dövlətlərin birgə fəaliyyətinə qarşı balans rolunu oynayır.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 7-8-də Türkiyənin paytaxtı Ankarada keçiriləcək.