BAKI, 24 iyun. TELEQRAF
Kipr məsələsinin yeganə ədalətli və davamlı həlli yalnız adadakı mövcud reallıqların, yəni iki ayrı suveren dövlətin qəbul edilməsi ilə mümkündür.
Teleqraf xəbər verir ki, bunu Şimali Kipr Məclisinin sədri Ziya Öztürklər Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması davamlı həll üçün əsas və zəruridir:
“Kipr yunan idarəsi adada həll yoluna maneə kimi çıxış edərək, kipr türkləri ilə tərəfdaşlığa girmək istəmədiyini dəfələrlə və açıq şəkildə nümayiş etdirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan iki dövlətli həll" vizyonunu hər forumda güclü dəstəklədiyinə görə minnətdarlığımızı bildiririk”.