BAKI, 24 iyun. TELEQRAF
“Rusiya öz ərazisində başqa ölkələrə qarşı istifadə etmək üçün “xarici bayraq” təxribatı törədə bilər”.
Teleqraf xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski Rusiya Prezidenti Vladimir Putinin Rusiyaya dronlar buraxılacağı təqdirdə Moskvanın Avropa ölkələrinə hücum edəcəyi barədə açıqlamasını şərh edərkən deyib.
Sikorskinin sözlərinə görə, bu cür bəyanatlar digər dövlətlərə qarşı yeni təcavüz dalğası üçün bəhanə kimi istifadə edilə bilər:
“Bu, təxribatın elanı kimi səslənir. Mən Rusiya ərazisinə saxta bayraq altında hücum gözləyirəm, Putin buna cavab verəcək”.
Qeyd edək ki, Ukrayna bundan əvvəl Moskvanın Latviya ərazisindən Rusiyaya qarşı hücumların hazırlanması üçün istifadə edilməsi barədə iddiasını təkzib edib.
Rəsmi Kiyev bunu Moskvanın Baltikyanı ölkələrdə sabitliyi pozmağa yönəlmiş dezinformasiya kampaniyasının bir hissəsi adlandırıb.