BAKI, 24 iyun. TELEQRAF

Danimarka hökuməti çərşənbə axşamı Qrenlandiyaya çağırışçıların göndərilməsinə başlayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Jeppe Bruus bildirib.

Onun sözlərinə görə, çağırışçılar peşəkar hərbçilərlə birlikdə xidmətə göndəriləcək və bütün missiyalarda tam şəkildə iştirak edəcəklər.

Ötən il ABŞ vitse-prezidenti J.D. Vens Danimarkanı Arktika ərazisinin təhlükəsizliyinə kifayət qədər diqqət yetirməməkdə günahlandırıb.

Trampın ABŞ təhlükəsizliyi maraqları naminə ərazinin mümkün ilhaqı ilə bağlı açıqlamaları Qrenlandiya ilə bağlı gərginliyi daha da artırıb.

Danimarka ötən il Ukraynada davam edən müharibəyə cavab olaraq məcburi hərbi xidmət müddətini 11 aya qədər uzadıb.