BAKI, 24 iyun. TELEQRAF

Türkiyə Futbol Federasiyası 2026-cı il dünya çempionatının D qrupunda keçirilən Türkiyə – Paraqvay matçı ilə bağlı FİFA-ya müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Buna qarşılaşmanın 45-ci dəqiqəsində yaşanan epizod səbəb olub.

İddiaya görə, Paraqvay millisinin futbolçusu Matias Qalarza hakim İvan Bartonun yerə düşən saatını götürərək biləyinə taxıb.

Mənbənin məlumatına görə, Türkiyə tərəfi epizodla bağlı hüquqi araşdırma aparıb. Mütəxəssislər FİFA qaydalarına istinad edərək hakimin nüfuzuna xələl gətirən və onun oyunu düzgün idarə etməsinə mane ola biləcək hərəkətlərin matçın təkrar keçirilməsi üçün əsas yarada biləcəyini bildiriblər.

TFF prezidenti İbrahim Hacıosmanoğlunun məsələ ilə bağlı FIFA-ya müraciət göndərib.

FIFA-nın isə Türkiyə tərəfinə cavabında hakimin ikinci saatının olmasının idarəçilikdə ciddi problem yaranması ehtimalını aradan qaldırdığı qeyd olunub. Qurum Türkiyənin arqumentlərini nəzərə alsa da, bu epizodun hakimin vəzifəsini yerinə yetirməsinə mane olduğunu sübut etmədiyini bildirib.

Qeyd edək ki, Türkiyə millisi Paraqvaya 0:1 hesabı ilə məğlub olub.