BAKI, 23 iyun. TELEQRAF
İran qadağanın götürüləcəyi dondurulmuş aktivlərini ABŞ məhsullarının alınmasına xərcləmək məcburiyyətində deyil.
Teleqraf xəbər verir ki, bunu İran danışıqlar qrupunun üzvü Hüseyn Qurbanzadə bildirib.
“Nə anlaşma memorandumu, nə də hər hansı bir razılaşma İranı ABŞ məhsullarını almağa məcbur etmir. ABŞ vitse-prezidenti və ya başqa birisi onların daxili istehlakı ilə bağlı məsələ qaldıra bilər, amma vacib olan hansı anlaşma memorandumunun imzalanmasıdır”, - deyə Qurbanzadə əlavə edib.
Qeyd edək ki, ABŞ Vitse-prezident JD Vens daha öncə bildirib ki, blokadadan azad ediləcək İran pulları Amerikadan soya paxlası, qarğıdalı və buğda kimi məhsulların alınması üçün istifadə olunacaq.