BAKI, 23 iyun. TELEQRAF
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini İrana göndərmək üçün tələsməyə ehtiyac yoxdur. İnanıram ki, onlar uyğun vaxtda İranın nüvə obyektlərinə yetişəcəklər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp İranın belə bir razılaşmanın olmadığı iddialarını şərh edərkən vurğulayıb: "Onlar səhv edirlər və səhv olduqlarını bilirlər".